Önəmli

Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı – Fotolar

Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı - Fotolar10 may 2015-ci il tarixində Lökbatan qəsəbəsində Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar abidəsi önünə əklilqoyma mərasimi keçirilib

Savash.org-un məlumtına görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraqmərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildirdilər.

Bununla da mərasim sona çatdı.
Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı - Fotolar
Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı - Fotolar
Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı - Fotolar
Qaradağda Ümummilli Lider Heydər Əliyev anıldı - Fotolar

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button