Önəmli

Rusiyada hamı azərbaycanlı Mustafadan danışır (VİDEO)

Rusiyada hamı azərbaycanlı Mustafadan danışır (VİDEO)Rusiyada Miq-29 təyyarəsi qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Moskva ətrafında baş verib. Təyyarə qəzaya uğrayandan sonra pilota ilk yardımı azərbaycanlı olduğu bildirilən Mustafa adlı şəxs kömək edib. Pilotların qəza anında təyyarədən necə tullandığını görən Mustafa hadisə yerinə qaçıb.

Huşsuz vəziyyətdə olan yaralı pilota Mustafa ilk yardımı ürəyini masaj edərək göstərib.

“Mən onun evin damına necə düşdüyünü görüb tez ora qaçdım. Onun boynunda qayış, sifətində maska var idi. Düşünürdüm ki, o ölüb. Onun ürəyini üç dəfə masaj etdim, amma o yenə ayılmadı. Bir də təkrar etdim və o nəfəs almağa başladı\”, – deyə Mustafa bildirdi.

Mustafanın sözlərinə görə, təyyarədən tullanmış pilot başından ağır travmalar alıb. Daha sonra təcili yardım maşını yaralıları xəstəxanaya aparıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button