Önəmli

Cavid Qurbanov Bakı-Sumqayıt marşrutu üçün ikimərtəbəli vaqonlar alır

Cavid Qurbanov Bakı-Sumqayıt marşrutu üçün ikimərtəbəli vaqonlar alırMayın 13-də Bakıda Azərbaycanın İsveçrədən ikimərtəbəli dəmir yolu vaqonlarının alınmasına dair müqavilə imzalanacaq.

Azvision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında \”Azərbaycan Dəmir Yolları\” QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov qeyd edib ki, sabahkı müqavilə \”Azərbaycan Dəmir Yolları\” ilə İsveçrənin \”Stadler Railway\” şirkəti ilə bu gün Bakıda işə başlayan \”TransCaspian-2015\” beynəlxalq nəqliyyat sərgisi çərçivəsində imzalanacaq.

Qeyd edək ki, müqaviləyə əsasən, \”Stadler Railway\” şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonlarının alınması nəzərdə tutulub. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.

C.Qurbanov, həmçinin bildirib ki, \”Azərbaycan Dəmir Yolları\” QSC Bakı-Sumqayıt dəmir yolu reysinə gediş haqqı ilə bağlı Tarif Şurasına hələlik müraciət etməyib. Hazırda bu istiqamətdə gediş haqqı 20 qəpik təşkil edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button