Önəmli

Təbrizdə polislə azarkeşlər arasında qanlı qarşıdurma

Təbrizdə polislə azarkeşlər arasında qanlı qarşıdurmaMayın 15-də İran Liqasında 2014/2015 mövsümünə yekun vurulub. 57 xalla turnir cədvəlinə başçılıq edən Təbrizin «Traktor Sazi» klubu öz meydanında eyni xala malik «Naft Tehran»ı qəbul edib. «Traktor Sazi» klubu 3-1 öndə olsa da «Naft Tehran» hesabı bərabərləşdirməyə nail olub.

Oyuna «Traktor Sazi»nin oyunçusunun 67-ci dəqiqədə qırmızı kart alması da təsir göstərib. Elə bundan sonra da meydanda etirazlar qızışıb, polislə tamaşaçılar arasında ciddi qarşıdurma baş verib. Onlarla yaralı var.

Meydan gecə boyu polislər tərəfindən əhatəyə alınsa da, Təbriz sakinləri onların ərazidən uzaqlaşmasını tələb edib.

Artıq «Traktor Sazi» komandasının kapitanı istefa verdyini açıqlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button