Önəmli

Xoşqədəm Hidayətqızı Həcc ziyarətinə gedir

Xoşqədəm Hidayətqızı Həcc ziyarətinə gedirMəşhur telejurnalist Xoşqədəm Hidayətqızı və onun həyat yoldaşı, türkiyəli müğənni Doğuş Həcc ziyarətinə getməyə hazırlaşır. Xəbəri publika.az-a cütlüyə yaxın olan etibarlı mənbə verib.

Xəbərdə bildirilir ki, bu, Doğuşun ən böyük arzusu olub. O, hər zaman ailəsi ilə birlikdə Həcc ziyarətinə getməyi arzu edib. Bunun üçün 3 aydır hazırlaşan cütlüyə Doğuşun anası da qatılacaq.

Xəbərin həqiqiliyini öyrənmək üçün Publika.az Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də inkar edərək “Bu elə bir ziyarətdir ki, onunla gündəmə gəlmək, reklam olunmaq düzgün deyil. Mən bu sualı cavablandırmaq istəmirəm. Üzrlü sayın. Kim Həcc ziyarətinə gedəcəksə, Allah onların ziyarətini qəbul etsin”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button