Önəmli

Hacıbala Abutalıbov: \”Bütün üzlüklər sökülsün və…\”

Hacıbala Abutalıbov: "Bütün üzlüklər sökülsün və..."Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.

H.Abutalıbov bildirib ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar dövlət başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası sabaha qədər qərar verməlidir: \”Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var\”.

Onun sözlərinə görə, əgər komissiya arayış versə ki yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq (\”Trend\”).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button