Önəmli

Təhsil Nazirliyindən məktəb direktorlarına ciddi irad

Təhsil Nazirliyindən məktəb direktorlarına ciddi irad

\”Çox vaxt məktəb direktorları yalnız tədrisdən söhbət aparırlar. Ancaq tərbiyə məsələsinə diqqət etmirlər”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov \”Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması\” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərin görə, məktəb direktorlarından rəhbərlik etdikləri məktəbdə nə qədər zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda zərərli vərdişlərə meylli olan uşaqların sayını soruşduqda, bunu bilmirlər.

Nazir müavini vurğulayıb ki, məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidirlər: \”Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda sağlamlıqları zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur\”.

F. Qurbanov bildirib ki, zəif təhsil alan şagirdlərin tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button