Önəmli

Yanan binanı təmir edən şirkət dəyişdirildi

Yanan binanı təmir edən şirkət dəyişdirildiAprelin 10-da Xətai rayonu Zığ yolu 16 ünvanında yanan 9 mərtəbəli binanı təmir edən şirkət dəyişdirilib.

Savash.org lent.az-a istinadən xəbər verir ki, bu barədə Xətai RİH-in başçısı Razim Məmmədov bildirib. Belə ki, sakinlər məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər. Eyni zamanda Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş ediblər.

Bir qrup zərərçəkəni qəbul edən icra başçısı onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsatət qaldırıldığını deyib. O, əlavə edib ki, artıq təmir işləri digər bir şirkətə həvalə edilib. Həmçinin sakinlərin diqqətinə çatdırılıb ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button