Önəmli

Nazir: \”İlhamə Quliyeva qaça bilməsə də…\”

Nazir: "İlhamə Quliyeva qaça bilməsə də..."Xalq artisti, Primodonna adlandırılan sənətçi İlhamə Quliyevanın Avropa Oyunlarının məşəl daşıyanlarından biri olması barədə xəbər son günlər mətbuatda geniş müzakirəyə səbəb olub.

Bu məsələyə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən də (BEGOC) münasibət bildirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov jurnalistlərin suallarına cavabında bildirib ki, İlhamə xanım Azərbaycanın çox hörmətli müğənnilərindən biridir və onun məşəl daşıması müsbət haldır:

“İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 məşaldardan biridir. Qaça bilməsə də, hərəkət edəcək. Ola bilər ki, primadonna 20-30 metr məşəli daşıdıqdan sonra estafeti digər məşəldara verəcək”, – deyə A.Rəhimov söyləyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button