Önəmli

8 azərbaycanlı Gürcüstandan sığınacaq istədi

8 azərbaycanlı Gürcüstandan sığınacaq istədiBu ilin yanvarından aprel ayına qədər 717 xarici vətəndaş Gürcüstandan sığınacaq istəyib.

Azvision.az \”Sputnik Qruziya\”ya istinadən xəbər verir ki, sığınacaq istəyən xaricilərdən 8-i Azərbaycan vətəndaşıdır.

Gürcüstan DİN-in yaydığı məlumata görə, bu ölkədən ən çox sığınacaq istəyən şəxslər İraq vətəndaşlarıdır. Onlardan 202-i kişi, 82-i isə qadındır.

İkinci pillədə isə Ukrayna qərarlaşıb. İlin əvvəlində 263 Ukrayna vətəndaşı sığınacaq almaq məqsədilə Gürcüstana müraciət edib ki, onlardan 167-i qadın, 96-ı isə kişidir.

Siyahıda üçüncü və dördüncü pillələri müvafiq olaraq İran (15 kişi və 13 qadın) və Rusiya (17 kişi və 11 qadın) vətəndaşları tutur.

Cənubi Qafqaz ölkələrinə gəldikdə isə 4 Ermənistan və 8 Azərbaycan vətəndaşı Gürcüstandan sığınacaq almaq məqsədilə müvafiq icazə istəyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button