Önəmli

Masallıda YAP-ın tədbirində qalmaqal

Masallıda YAP-ın tədbirində qalmaqalRayon təşkilatının sədri Seyfəddin Əliyevlə Mollaoba kənd sakini arasında qarşdurma yaranıb, hakim partiyanın icraçı katibi Kərim Kərimovun işə qarışması aranı sakitləşdirib

Dünən Masallının Boradigah qəsəbəsində YAP-ın rayon təşkilatının təşkilatçılığı ilə bələdiyyə seçkiləri ilə bağlı təbliğat xarakterli tədbir keçirilib. Savasg.org xəbər verir ki, JAM.AZ-a verilən məlumata görə, yığıncaqda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, deputat Nəriman Əliyev və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak ediblər.

Məlumatda deyilir ki, tədbir qalmaqalsız ötüşməyib. Belə ki, gedişat zamanı YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevlə Mollaoba kənd sakini arasında mübahisə yaranıb. Qeyd edilir ki, həmin şəxs ona söz verilməsini tələb edib və Kərim Kərimova sula verəcəyini bildirib. Amma ona imkan verilməyib.

Çatan məlumata görə, aranın qarışdığını görən Seyfəddin Əliyev tədbirin bitdiyini elan edib. Ki, bu zaman ortalıq daha da qarışmağa başlayıb və mübahisə böyüyüb. Mollaoba kənd sakini Seyfəddin Əliyevi partiyada ikitirəlik yaratmaqda ittiham edib. Ardından isə hakim partiyanın yerli təşkilatının icraçı katibi narazılıq edən vətəndaşı zorla zaldan çıxarmağa cəhd edib. Bu alınmadıqda isə iki polis əməkdaşını yardıma çağırıb. Lakin polislər gəldikdən sonra problemin daha da böyüməməsi üçün Kərim Kərimov onunla görüşmək istəyən şəxsi dinləməyə razı olduğunu bildirib və aranı sakitləşdirib.

Xatırladaq ki, YAP-ın Masallı təşkilatının sədri Seyfəddin Əliyevin haqqında heş də yaxşı fikirlər dolaşmır. Xüsusən də onun qardaşı ilə bağlı yaranmış vəziyyət hakim partiyanın yerli təşkilatında narazılıqla qarşılanıb. Onlar belə adamın sədr olmasının qeyri-mümkünlüyünü də vurğulayərlar. Belə ki, Əliyevin qardaşı keçən il rüşvət üstündə həbs olunub. Onun Sumqayıt Hərbi Komissarlığında Çağırış Şöbəsinin rəis müavini işlədiyi qeyd edilir. YAP sədrinin qardaşının Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyi və məhkəmə qərarı ilə 5 il azadlıqdan məhrum edildiyi vurğulanır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button