Önəmli

Bakıya giriş qadağasında bu şəxslərə güzəşt var

Bakıya giriş qadağasında bu şəxslərə güzəşt var“Məcburi köçkünlərin avtomobillərinin qeydiyyatından asılı olmayaraq Bakı şəhərinə girişi sərbəstdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, Avropa Oyunları ilə bağlı avtomobillərin paytaxta girişinə qoyulan qadağanın məcburi köçkünlərə aidiyyatı yoxdur: “Məcburi köçkünlərin avtomobillərinin rayon və yaxud Bakı qeydiyyatında olmasından asılı olmayaraq şəhərə girişinə qadağa qoyulmayıb. Həmçinin ağır xəstəlik, təxirəsalınmaz bir vəziyyət olarsa, istisna kimi şəhərə giriş üçün icazə verilə bilər”.

Xatırladaq ki, I Avropa Oyunları ilə əlaqədar olaraq şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məsədilə qəbul edilən qərara görə, iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağandır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button