Önəmli

Hollandiya II Avropa Oyunlarından imtina etdi

Hollandiya II Avropa Oyunlarından imtina etdiNiderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.

\”Azadlıq\” radiosunun məlumatına görə, Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

Hökumət, həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altına qoyub.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hickey bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin ölkələrin adı açıqlanmır.

Qeyd edək ki, bu bəyanat Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışına 2 gün qalmış verilib. Azərbaycanda ilk Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button