Önəmli

Azad Rəhimov: \”Bunu mənə sübut edin, istefa verim…\”

Azad Rəhimov: "Bunu mənə sübut edin, istefa verim..."\”Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram\”.

\”Trend\”-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında xarici jurnalistin korrupsiya ilə bağlı sualına cavab verərkən deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur.

Avropa Oyunlarının büdcəsinə gəlincə isə nazir bildirib ki, büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu.

Gənclər və idman naziri A.Rəhimov deyib ki, I Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsi olmalıdır: \”İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək. Biz görməmişdik ki, hansısa bir ölkənin Olimpiya Komitəsi boykotla çıxış etsin. Biz bəzi stenoqramlara nəzər saldıqda görürük ki, bunu siyasiləşdirmək istəyirlər\”.

Nazir qeyd edib ki, əsas məqsədimiz idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir.

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button