Önəmli

Mustafa Cəmiloğlu: “Rusiya oğlumu girov saxlayır”

Mustafa Cəmiloğlu: “Rusiya oğlumu girov saxlayır”Krım-Tatar Məclisinin keçmiş sədri, Ukrayna Ali Radasının deputatı və prezident Pyotr Poroşenkonun müşaviri Mustafa Cəmiloğlu Krasnodar məhkəməsinin oğlu Xayser haqda çıxardığı hökmü qanunsuz adlandırıb. Musavat.com Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, keçmiş sovet dissidenti Rusiyanı onun oğlunu girov saxlamaqda da ittiham edib.

Onun sözlərinə görə, məhkəmənin hökmü qeyri-qanunidir çünki Xayserin Rusiya ərazisində və Rusiya qanunları ilə mühakimə edilməsi qanunsuzdur, nədən ki, hadisə Ukrayna ərazisində, Ukrayna vətəndaşı tərəfindən, Ukrayna vətəndaşına qarşı baş verib.

Bundan əlavə, Cəmiloğlu bildirib ki, məhkəmə hökmü Avropa İnsan Haqları Məhkəməsinin oğlunun Ukraynaya verilməsi haqda qərarına da ziddir. O, Avropa Məhkəməsində mübarizəsini davam etdirəcəyini söyləyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button