Önəmli

Xədicə İsmayıl işində Qənimət Zahid söhbəti: \”Bu kağız-kuğuzu….\”

Xədicə İsmayıl işində Qənimət Zahid söhbəti: "Bu kağız-kuğuzu...."Xədicə İsmayılın həbs olunacağı haqda yayılan xəbərlər və ona qarşı irəli sürülən ittihamlara, məhkəmə prossesində adı hallanan MTN-nin keçmiş zabiti Ramin Nağıyev Ölkə.az-a verdiyi açıqlamasında aydınlıq gətirib.

Ramin Nağıyevin açıqlamasından belə məlum olur ki, Xədicə İsmayılın öz profilində “MTN-nin siyasi partiyaların daxilinə yeritdiyi agentlərin dosyesi” saxtadır.

Ramin Nağıyev bildirib ki, həmin sənədlərin surətini ona internet vasitəsi ilə \”Azadlıq\” qəzetinin baç redaktoru Qənimət Zahid göndərib və xahiş edib ki, bu sənədlərin həqiqi və ya saxta olduğunu müəyyənləşdirməkdə ona kömək etsin.

“Mən sənədlərə baxan kimi onların saxta olduğunu gördüm və Qənimət Zahidə də, Xədicə İsmayılovaya da bu saxta kağız-kuğuzu heç yerdə dərc etməmələrini məsləhət gördüm. Qənimət isə bu sənədlərin surətini Mustafa Kozlu adına açılmış saxta bir profildən götürdüyü dedi. Mustafanın kim olduğunu isə heç kəs bilmir. Bu sənədlərdə Türkoğlu adlı bir müxalifətçinin agent olduğu da yazılmışdı”, deyə Ramin Nağıyev bildirib.

Daha sonra Ramin Nağıyev əlavə edib ki, əgər orqanlar Xədicə İsmayılovanı buna görə həbs etsələr, onda o sənədlərin əsil olduğunu özləri də bilmədən təsdiq etmiş olacaqlar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button