Önəmli

Xədicə İsmayıla 2 ay həbs cəzası verildi

Xədicə İsmayıla 2 ay həbs cəzası verildi

Səbayel Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

X.İsmayı “Azadlıq” radiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Prokurorluq X.İsmayılın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinə təqdimat verib.

Məhkəmə prokurorluğun təqdimatına baxıb və X.İsmayıl barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Vəkil Elton Quliyev APA-ya bildirib ki, X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, bu il oktyabrın 21-də Dənizkənarı Milli Park ərazisində 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Virtualaz.org saytı xəbər verir ki, Tural Mustafayev özü \”Meydan TV\”-yə açıqlamasında ittihama münasibət bildirib.

\”İstintaq belə qənaətə gəlib ki, Xədicə İsmayıl məni özünü öldürmə həddinə çatdırıb. İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəyəm\” – deyə Tural Mustafayev bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button