Önəmli

Səfər Əbiyevin müavininin işi məhkəməyə göndərilir

Səfər Əbiyevin müavininin işi məhkəməyə göndərilirMüdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov barəsində qaldırılmış cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Bu barədə virtualaz.org saytına M.Səlimovun vəkili Ceyhun Yusifov məlumat verib.

Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Vəkil istintaqın müdafiə nazirinin keçmiş müavininə qarşı cinayət işində hansı dəlillərə əsaslandığını açıqlamayıb.

“İstintaq sirri olduğundan bu barədə konkret heç bir məlumat verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, istintaq yekunlaşmaq üzrədir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək. Bundan sonra cinayət işinin təfərrüatlarına dair məlumatları ictimaiyyətə açıqlamaq mümkün olacaq”- deyə vəkil Ceyhun Yusifov bildirib.

Vəkil ancaq onu vurğulayıb ki, Mehman Səlimovun həbsinin əsas motivi keçmiş müdafiə naziri Səfər Əbiyevlə yaxın münasibətlərdə olmasından qaynaqlanıb.

Mehman Səlimov 1995-99-cu müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub. Müdafiə Nazirliyi sistemindən istefa verdikdən sonra onun tikinti biznesi ilə məşğul olduğuna dair məlumatlar var idi.

Bundan əvvəl mətbuatda yazılanlara görə, M.Səlimov S.Əbiyevin müdafiə naziri olduğu dövrlərdə Müdafiə Nazirliyinin sifarişi ilə yaşayış binalarının tikintisində iştirak edib, onun tikinti biznesi məhz Müdafiə Nazirliyi ilə bağlı olub.

Bu baxımdan ehtimal edilir ki, Əbiyevin keçmiş müavininə qarşı qaldırılmış cinayət işində məhz bu tikinti biznesindən söhbət gedir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button