Önəmli

Kəbədə içməyib, Bakıda içmək olarsa -Kəbədə yeməyib, Bakda yetim haqqı yemək olar?

Kəbədə içməyib, Bakıda içmək olarsa -Kəbədə yeməyib, Bakda yetim haqqı yemək olar?Xəbər verdiyimiz kimi “Avesta” şirkətlər qrupunun rəhbəri Hacı İbrahim Nehrəmli mətbuata açıqlama verərək hər səhər konyak içdiyini deyib. İbrahim Nehrəmli bildirib ki, o, Kəbə evində olanda Allaha konyak içkisini tərgitməyəcəyini deyib və fikrini belə əsalandırıb ki, spirtli içkini müqəddəs torpaqlarda yox, ondan kənarda içəcək…

İbrahim Nehrəmlinin bu açıqlamasından sonra 2 mənzili “Avesta” rəhbəri tərəfindən mənimsənən qazaxlı iş adamı Elşad Məmmədov Hacı İbrahim Nehrəmlinin Hacı adına layiq olmadığını bildirib və onun adının QMİ-tərəfindən alınmasını istəyib. İbrahim Nehrəmli də öz növbəsində Hacı adını ona QMİ vermədiyini bildirərək Elşad Məmmədova mesajını çatdırıb.

Elşad Məmmədov Moderator.az-a açıqlamasında İbrahim Nehrəmlinin bu sözlərini də cavabsız buraxmayıb:

“İbrahim Nehrəmli onunla problemim olduğuna görə mənim belə bir çağırış etdiyimi deyib. Mən də deyirəm ki, mənim problemim var, bəs başqalarının? Allah şahiddir ki, hər kəs İbrahim Nehrəmlinin bu açıqlamasını qınaq obyektinə çevirdi. İbrahim Nehrəmli deyir ki, Kəbədə içmir, gəlib Bakıda içir. Onda belə çıxır ki, Kəbədə yetim haqqı yeməmək olar, amma Bakıda olar? Mən yetim oğlanam. Hacı Bakıda mənim haqqımı yedi, belə çıxır indi mən Kəbədə olsaydım haqqımı yeməyəcəkdi mənim?”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button