Önəmli

Müsavat başqanı: \”Hökumət 10 min matadək kredit borclarını bağışlamalıdır\”

Müsavat başqanı: "Hökumət 10 min matadək kredit borclarını bağışlamalıdır"Müsavat başqanı Arif Hacılı hökumətdən əhalinin 10 min manatadək olan kredit borclarını bağışlamağı tələb edib. O, bu barədə Facebook profilində status paylaşıb. Statusu olduğu kimi təqdim edirik:

\”On min manatadək olan kredit borclarını ləğv edin. 10 min manatdan az olan kreditlərin ləğv olunacağı şayiəsi yayılıb. Nədən olmasın? İqtisadi qanunlara, makroiqtisadi inkişaf prinsiplərinə ziddir. Amma hansı sahədə bu qanunlara, prinsiplərə əməl olunur?

Əndazəni aşan korrupsiya, bütün iqtisadi sahələrdə monopoliya, kömrükdə, vergi sistemində olan özbaşınalıq bu prinsiplərə uyğundurmu? Rentabelsiz bir yarışa milyardlar qoyulursa, bir diskotekaya 140 milyon xərclənirsə, milyarder Ledi Qaqaya 4 dəqiqəlik bir nəğməyə görə milyonlar verilirsə nədən bu əliaçıqlıq ölkə vətəndaşlarına da göstərilməsin?

Aydın məsələdir ki, 10 min manatadək kredit borcu olanlar əsasən əhalinin imkansız təbəqəsi, yaşamaq uğrunda mübarizədə olanlardır. Pul ki, bu qədər çoxdur, belə ki, əliaçıq, səxavətlisiniz bu insanların da ümidlərini qırmayın, vətəndaşların on min manatadək kredit borclarını ləğv edin!\”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button