Önəmli

Əli Məsimli: \”Neft 50 dollara düşsə də qorxusu yoxdur\”

Əli Məsimli: "Neft 50 dollara düşsə də qorxusu yoxdur"
\”Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün hələlik ciddi təhlükə törətmir\”.

Bunu ANS-ə İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli bildirib.

\”53 milyard dollarlıq, yəni ÜDM-in 74 faizi səviyyəsində strateji valyuta ehtiyatımız, manatın nisbi sabitliyi, dövlət borcunun ÜDM-in 8 faiz ətrafında olması neftin qiymətinin aşağı düşdüyü məqamlarda manevr etməyə və bunun təsirini neytrallaşdırmağa imkan verir\” deyə iqtisadçı-deputat bildirib.

Ə.Məsimlinin dediyinə görə, bütün bunlara baxmayaraq neftin qiymətinin 50 dollara enməsi böhran yaradan amilə çevrilə bilər: \”Belə bir vəziyyətin yaranma ehtimalı az olsa da hər halda tendensiya ora doğru getsə, onda hökumət böyük ehtimalla antiböhran tədbirləri proqramı ilə vəziyyətdən az itki ilə çıxmağı bacaracaq\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button