Önəmli

AXCP üzvünün vurduğu şillə partiyada müzakirə olunacaq

AXCP üzvünün vurduğu şillə partiyada müzakirə olunacaqİyulun 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin keçiriləcək iclasında partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlunu vuran AXCP üzvü Sahib Kərimli haqda hansı qərar verilсəyi müəyyənləşəcək.

Bunu Modern.az saytına AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib. O bildirib ki, baş vermiş hadisə haqda bu gün məlumat biliblər:
“Bizdə hamı kimi hadisə bağlı məsələni bu gün mətbuatdan və sosial şəbəkədən öyrənmişik. Sahib Kərimli də mətbuata açıqlamasında bildirib ki, Ağaşirin Tanrıverdioğlu sosial şəbəkədə onu təhqir etdiyi üçün belə bir addım atıb. Bu şəxsi münasibətdir. Onun partiyaya hər hansı aidiyyəti yoxdur.

Sahib Kərimli də bu hadisənin partiyaya aid bir məsələ olmadığını açıqlayıb. Amma hər halda partiya bu məsələyə baxıb münasibətini bildirəcək. Sahib Kərimli Rəyasət Heyətinin üzvü olduğu üçün bu məsələ yaxın günlərdə keçiriləcək iclasda müzakirə olunacaq.

Ondan sonra hadisə haqda mövqe bildiriləcək. Sahib Kərimli haqda hansı qərarın verilməsi iclasda müəyyənləşəcək. Ona görə də mən indidən nəsə deyə bilmərəm. İclas birinci günlər olur”.

İyulun 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri, partiyadan kənarlaşdırılan Ağaşirin Tanrıverdioğlu AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin fiziki təzyiqinə məruz qalıb.

Ağaşirin Tanrıverdioğlu mətbuata açıqlamasında bildirib ki, Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb.

Ağaşirin Tanrıverdioğlu Sahib Kərimlinin onu partiya əleyhinə fəaliyyətinə görə vurduğunu deyib. Partiyanın keçmiş üzvü hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini də bildirib.

Sahib Kərimli isə APA-ya açıqlamasında bildirib ki, Ağaşirin Tanrıverdioğlu onu sosial şəbəkədə təhqir etdiyi üçün ona bir şillə vurub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button