Önəmli
Benzinin qiymətindən şad xəbər
Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə \”Report\”a Tarif Şurasından məlumat verilib.
\”Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur\” – deyə şuradan bildirilib.
Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: \”SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib\”.