Önəmli

Rayon maşınları Bakıya nə vaxt buraxılacaq?

Rayon maşınları Bakıya nə vaxt buraxılacaq?\”Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq\”.

Bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. O, rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.

Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.

Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.

A. Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək.
I Avropa Oyunları ilə əlaqədar rayon qeydiyyatında olan avtomobillər Bakıya buraxılmır. Yeni qərara görə, rayon maşınları üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb.

Dayanacaqlardan biri Bakı-Sumqayıt yolunda Ər-Riyad ticarət mərkəzinin həyətində yerləşir. Sürücülər avtomobillərini burada asanlıqla park edə biləcəklər. Dayanacaqda saxlanılan avtomobillərə isə yol polisi əməkdaşları və xüsusi mühafizə xidmətinin işçiləri nəzarət edir.

Şamaxı istiqamətindən gələn avtomobillər üçün isə Müşfiqabad postunun yaxınlığında xüsusi dayanacaq yaradılıb.

Kürdəmir-Bakı və Astara-Bakı istiqamətlərindən gələn sürücülər üçün Ələt yolunun 14-cü kilometrliyində xüsusi sahə ayrılıb. Burada da sürücülər və sərnişinlər avtomobillərini park etdikdən sonra yollarına taksi və ictimai nəqliyyat vasitələri ilə davam edirlər.

Yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz və qida məhsulları daşıyan yük maşınlarına isə şəxsi avtomobillərdən fərqli olaraq, paytaxta giriş icazəsi verilir. Lakin belə avtomobillər yalnız gecə saatlarında paytaxtda hərəkət edə bilirlər. Qərara əsasən, gecə saat 22:00-dan səhər saat 5:00-a qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda yerləşən müxtəlif bazar və dükanlarda mallarını təhvil verib geri qayıtmalıdırlar.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button