Önəmli

ATV-dən “7 rayonumuz geri qaytarıldı…” xəbərinə reaksiya

ATV-dən “7 rayonumuz geri qaytarıldı...” xəbərinə reaksiyaÖtən gündən sosial şəbəkədə Qarabağın geri qaytarılması ilə bağlı paylaşılan video böyük səs-küyə səbəb olub.

Bir neçə saniyəlik videoda ATV-nin aparıcısı Lalə Azərtaş Qarabağ və digər işğal altıdna olan torpaqlarımızın azad olunduğunu bildirir: \”Hamı ekranlara yaxın əyləşsin. Qarabağımız, Laçınımız, Şuşamız və bununla yanaşı 7 rayonumuz geri qaytarıldı. Uzun illərdir müharibə şəraitində olan Qarabağımız axır ki, geri qayıtdı”.

Bir daha qeyd edək ki, sözügedən kadrlar ATV-nin \”Xəbərlər\” proqramından deyil, sadəcə film çəkilişindəndir və aparıcı özü də bunu təsdiqləyib.

Lalə Azərtaş instagram hesabında filmdəki həmin epizodu belə şərh edib:

\”Qarabağın geri alındığını elan etdiyim filmə çəkildim. Sadəcə, rol olmasına baxmayaraq, göz yaşları içində oxudum. Allah tez bir zamanda bu sevinci mənə, bütün Azərbaycana yaşatsın. Amin. İnşallah Məsələyə aydınlıq gətirməyimi istəmisiz. Bu statusu 26 həftə əvvəl status paylaşmışdım. Bir gün qələbə xəbərini oxumaq mənə nəsib olar”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button