Önəmli

Hacı İbrahimin işçilərindən şok müraciət

Hacı İbrahimin işçilərindən şok müraciət\”İbrahim İbrahimov may ayında həbsdə olduğunu bəhanə edərək əmək haqlarımızı verməkdən imtina edir\”

Hacı Ibrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Konserni” MMC-nin bir qrup işçisi başda dövlət başçısı Ilham Əliyev olmaqla Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanovaya, eləcə də Azərbaycanda akreditatsiya olunmuş səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinə müraciət edib.

Bu barədə infoaz.org saytı məlumat yayıb. Şikayətçilərin müraciətində deyilir: “Biz hər birimiz müəyyən vaxtlarda Hacı Ibrahim Nehrəmli kimi tanınan Ibrahim Ibrahimovun prezident olduğu ”Avesta Konserni\” MMC-də işləmişik. Işlədiyimiz müddətdə heç bir inzibati cəza almamış, əmək müqaviləsi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişik. Bu göstəriciləri “Avesta Konserni” MMC-nin prezidenti Ibrahim Ibrahimov da inkar edə bilməz. Biz öz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyimizə baxmayaraq bir neçə aydır ki, əmək haqqlarmızı ala bilmirik…

Ibrahim Ibrahimov… mətbuata verdiyi açıqlamada heç bir maliyyə probleminin olmadığını, bütün işlərinin qaydasında getdiyini bəyan etsə də, əmək haqqlarımızı verməkdən birmənalı şəkildə yayınır. “Avesta Konserni”nin prezidenti Ibrahim Ibrahimov may ayında həbsdə olduğunu, bu səbəbdən də şirkətin işləmədiyini bəhanə edərək may ayı və hətta ondan sonrakı dövr üçün əmək haqlarımızı verməkdən ümumiyyətlə imtina edir. Halbuki Ibrahim Ibrahimov mətbuata açıqlamasında cəmi iki gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsində saxlandığına dair açıqlama verib. Məhz onun saxlanıldığı qısa dövr ərzində şirkətin əməkdaşları daha aktiv fəaliyyət göstərmişdir. Əksəriyyətimiz isə hətta aprel və iyun ayları üçün də əmək haqqı almamışıq. Işdən çıxanlara isə qanunla müəyyən olunmuş son hesablaşma aparmaq, istifadə olunmamış məzuniyyət günlərinə görə müavinət belə ödəmək istəmir\”.

Hacı Ibrahim Nehrəmli tərəfindən hüquqları pozulan işçilər müraciətlərinin sonunda ölkə başçısı Ilham Əliyevə xitabən yazırlar: “Inanırıq ki, bizim əmək hüquqlarımızın bərpası üçün aidiyyəti orqanlara göstəriş verəcək, ”Avesta Konserni\” MMC-nin prezidenti Ibrahim Ibrahimovun özbaşınalıqlarının qarşısını alacaq və onu…qanunlara əməl etməyə məcbur edəcəksiniz\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button