Önəmli

Eldar Namazov Azərbaycanı tərk etdi

Eldar Namazov Azərbaycanı tərk etdiVaxtilə Milli Şuranın əsas liderlərindən olan “El” hərəkatının sədri Eldar Namazov xeyli vaxtdır xarici ölkələrin birində yaşayır. Prezident seçkilərindən sonra siyasi proseslərdən kənarda qalan Namazovun Azərbaycanı tərk etmək niyyətində olduğu bildirilir.

Onun bu məqsədlə Avropa ölkələrindən siyasi sığınacaq alıb-almayacağı isə sual altındadır.

Ölkəni tərk etməsi ilə bağlı deyilənlərə münasibət bildirən E.Namazov azvision.az-a açıqlamasında Azərbaycanda olmadığını təsdiqləyib. Xeyli vaxtdır xaricdə olduğunu deyən Namazov ölkəyə qayıtmaq barədə hələ düşünmədiyini bildirib.

“Hazırda ölkədə deyiləm. Ola bilsin ki, sentyabr ayından sonra Azərbaycana qayıdım. Hələ ki, xaricdəyəm” – deyə siyasətçi vurğulayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button