Önəmli

Rüstəm İbrahimbəyov Xədicə İsmayılın müdafiəsinə qalxdı

Rüstəm İbrahimbəyov Xədicə İsmayılın müdafiəsinə qalxdıMəşhur kinorejissor, dünya şöhrətli Azərbaycan ziyalısı Rüstəm İbrahimbəyov Moderator.az-a açıqlamasında jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirib. R.İbrahimbəyov yaşananları xalqın iradəsini sındırmağa yönəlik cəhd kimi qiymətləndirib:

“X.İsmayılın həbs xəbəri məndə böyük təəssüf doğurdu. Bu, ağlasığmaz, anlaşılmaz bir şeydir. Mən başa düşə bilmirəm ki, bu siyasət Azərbaycanı hara aparır. X.İsmayılın həbsi Azərbaycanın imicinə çox böyük zərbədir. X.İsmayılova xalqımızın görkəmli şəxsiyyətlərindən biridir. Onu uydurma ittihamla həbs ediblər. Əgər istintaq aparmaq istəyirdilərsə, istintaqlarını aparardılar. Qadın xeylağını iki aylıq dama salmaq kimə lazımdır? Bu onu göstərir ki, baş verənlər qəsdən, məqsədli şəkildə həyata keçirilir. Məqsəd isə birdir – vətəndaş cəmiyyətini, xalqın iradəsini sındırmaq”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button