Önəmli

Şirvandakı hərbi zavodda xəsarət alanlardan biri dünyasını dəyişdi

Şirvandakı hərbi zavodda xəsarət alanlardan biri dünyasını dəyişdiMüdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki \”Telemexanika\” Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1971-ci il təvəllüdlü Xatirə İnşallah qızı Səttarova bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button