Önəmli
Nərimanov İcra Hakimiyyətində tədbir – Jurnalistlərə mükafat verildi
Nərimanov rayon İcra Hakimiyyətində Milli Mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilib.
Savash.org xəbər verir ki, tədbiri açan icra başçısının müavini Şahmar İbadov mətbuatın inkişafı, ona göstərilən dövlət qayğısı və prezidentin bu istiqamətdəki sərəncamlarından söz açıb. Müavin jurnalistlərə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.
Rayonun deputatı Adil Əliyev də jurnalistlərə öz ürək sözlərini çatdırıb.
Media mənsubları da tədbirdə çıxış edib, fikirlərini səsləndiriblər.
Daha sonra tədbirdə iştirak edən media mənsublarına hədiyyə olaraq kompüter və pul mükafatları verilib.
Loading...