Önəmli

Leyla Əliyeva kimsəsiz qız usağını övladlığa götürdü

Leyla Əliyeva kimsəsiz qız usağını övladlığa götürdüAzərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kimsəsiz bir qız uşağını övladlığa götürüb.

Savash.org saytı bildirir ki, bunu APA-ya müsahibəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov deyib.

Uşaq evləri, internat məktəbləri və kimsəsiz uşaqlarla bağlı Fondun gördüyü işlərdən danışarkən, A.Ələkbərov vurğulayıb ki, məhz bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb: “ Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button