Önəmli

Binəqədidə avtobus qəzası: yaralı sürücü qaçdı

Binəqədidə avtobus qəzası: yaralı sürücü qaçdıÖtən gecə paytaxtın Binəqədi rayonunda sürücünün yaralanması ilə nəticələnən qəza baş verib.

APA TV-nin məlumatına görə, qəza Biləcəri qəsəbəsi, Xurşidbanu Natavan küçəsində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan \”117\” saylı marşrut avtobusunun sürücüsü qəfil idarəetməni itirib və \”İsuzu\” markalı nəqliyyat vasitəsini yol kənarındakı ağaclığa çırpıb.

Qəza nəticəsində sürücü avtobusun ön şüşəsindən bayıra düşüb. Yaralanan sürücüyə ətrafdakılar yardım göstəriblər. Daha sonra o, yenidən avtobusun sükanı arxasına keçərək yaralı vəziyyətdə naməlum istiqamətə gedib.

Qeyd edək ki, xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button