Önəmli

İstidən bezənlərə xoş xəbər: Havanın temperaturu düşür

İstidən bezənlərə xoş xəbər: Havanın temperaturu düşürAzərbaycan ərazisində sabah şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı düşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcək. Gün ərzində əsən şimal-qərb, şimal küləyi arabir güclənəcək. Gecə 23-26, gündüz 30-35 dərəcə isti qeydə alınacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28˚, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29˚, Türkan, Hövsan, Şıx, Sahildə 29-30˚ isti təşkil edəcək.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə müsbət 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə olacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button