Önəmli

Səbayel icra başçısının türmədəki oğlu şikəst olub

Səbayel icra başçısının türmədəki oğlu şikəst olubSəbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərlinin həbsdə olan oğlu İlham Əsgərli saxlanıldığı Bakı İstintaq Təcridxanasından Məhkumların Müalicə Müəssisəsinə köçürülüb. Bu haqda istiqlal.az-a daxil olan məlumatda bildirlir ki, köçürülməyə əsas kimi İ.Əsgərlinin səhhətindəki ciddi problemlər olduğu göstərilib.

Qeyd edək ki, ötən il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi \”Mercedes S500\” markalı avtomobil Zığ-Aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi \”Howo\” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, keçmiş sinif yoldaşı Sənan Mirzəyev isə ölüb. Hazırda çəlikdən istifadə etməklə yeriyən İ.Əsgərlinin durumunda ciddi problemlər var.

Məhkəmə İlham Əsgərlini 5 il 6 ay azadlıqdan məhrum edib. Əhliman Süleymanova 6 il cəza kəsilib.İbtidai istintaq zamanı ekspertiza rəylərində qəzaya İlham Əsgərlinin \”Mercedes\”i yüksək sürətlə idarə etməsinin səbəb olduğu göstərilib. Sonradan İ.Əsgərlinin yaxınlarının təkidi ilə təkrar ekspertiza keçirilib. Və qəzanın Əhliman Süleymanovun sürdüyü “Howo” markalı yük maşınının yolda manevr etməsindən törədildiyi haqda rəy verilib. Sürücünün vəkili İlqar Musayev bildirib ki, məhkəmə prosesi ədalətsiz keçib, məhkəmə məmur övladının törətdiyi cinayətə görə bir kasıb sürücüyə onun özündən daha çox cəza təyin edib.

Yada salaq ki, İlham Əsgərlinin törətdiyi qəza zamanı dünyasını dəyişən 16 yaşlı Sənan Mirzəyevin \”McDonalds\” – Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğludur. Hadisə günü İlham Əsgərli 2 sürücü ilə birlikdə \”Mercedes S klass\” markalı Az 90 AR 819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən \”Grand Park\”dan götürərək \”paint ball\” oynamaq üçün Mərdəkan istiqamətinə yollanıblar. Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşiblər. Yolda sürücüdən biri başqa işlə çağrıldığı üçün maşından düşüb. Avtomobili Pərvin Fətullayev idarə edib.

Qəzadan sonra məlum olub ki, sürücü Pərvin Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq edir ki, Pərvin Fətullayev İlham Əsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib və Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi \”Hovo\” markalı yük maşınına arxadan çırpıb.

Hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına aparıblar.

\”McDonalds\” – Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib.

Göründüyü kimi, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov daha çox öz oğlunu və bir az da ailəsinin sürücüsü Pərvin Fətullayevi düşünüb, 16 yaşlı Sənan Mirzəyevin həyatını xilas etmək üçün heç bir addım atmayıb..

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button