Önəmli
Xədicə İsmayıla görə 3 jurnalist saxlandı
Bu gün jurnalist Orxan Rüstəmzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında Xədicə İsmayılovanın məhkəmə prosesindən çəkiliş apararkən saxlanılıb.
Jurnalist Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıb. Onun ardınca gələn həmkarları Şirin Abbasov və Rəvan Seyfullayev də saxlanılıblar.
R.Seyfullayev telefonla \”Turan\” agentliyinə bildirib ki, onlar rəisin kabinetinə aparılıb. O.Rüstəmzadənin saxlandığı yer barədə məlumat yoxdur.