Önəmli

Səhiyyə Nazirliyindən zəhərlənmə xəbərdarlığı

Səhiyyə Nazirliyindən zəhərlənmə xəbərdarlığıSəhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qida zəhərlənmələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, yay mövsümündə qida zəhərlənmələri əsasən şirniyyat məhsullarından, o cümlədən kremli tortlardan olub.

Mərkəz mövsümlə əlaqədar baş verən qida zəhərlənmələri ilə bağlı araşdırma aparır. İlkin nəticələrə görə, zəhərlənmələr əsasən evdə hazırlanan məhsullardan baş verib. Həmçinin qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir.

Mərkəz xəbərdarlıqda qeyd edir ki, qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir.

Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlar və fiziki şəxslər sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar.

Mərkəz məhsulların saxlanılma şəraitinə riayyət olunmasını tövsiyə edib.

Qeyd edək ki, bu ilin birinci yarısında 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb. Zəhərlənmələr nəticəsində 418 nəfər zərər çəkib. 6 ayda 14 nəfər botulizm ilə xəstələnib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button