Önəmli

\”Vatikanda Azərbaycan izləri\” təqdim olunacaq

"Vatikanda Azərbaycan izləri" təqdim olunacaq Azərbaycan Yazarlar Klubu İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə daha bir layihə yekunlaşdırılıb. Lent.az-ın məlumatına görə, Azərbaycan həqiqətlərinin hər yerdə tanıdılması məqsədi ilə \”Vatikanda Azərbaycan izləri\” adlı sənədli filmin çəkilişləri başa çatıb. Film dünya mədəniyyəti və siyasətinin əsas istinad nöqtələrindən biri olan, qədim və müasir dünyanın tarixini özündə yaşadan Vatikanda ölkəmizlə bağlı məqamların tapılıb üzə çıxarılmasından bəhs edir. Ekran işinin yaradıcı heyəti Romada, Vatikanda, İstanbulda olub, mövzuyla bağlı araşdırmalar aparıb.

\”Vatikanda Azərbaycan izləri\”də qədim Vatikanla ölkəmizin yüzilliklər boyu olan münasibətlərinin çağdaş dövrdə də davam etdirilməsi, daha yüksək səviyyəyə çatdırılması ilə bağlı məqamlar da yer alıb.

Ekran işində həmçinin Heydər Əliyev Fondu, xüsusən, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən, Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafına yönələn mühüm işlərlə bağlı məlumatlar da öz əksini tapıb.

Yaxın günlərdə \”Vatikanda Azərbaycan izləri\” filminin geniş təqdimatı keçiriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button