Önəmli

İtkin düşmüş neftçalalı balıqçılar tapıldı – İRANDA

İtkin düşmüş neftçalalı balıqçılar tapıldı - İRANDAAvqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb.

Savash.org xəbər verir ki, bu barədə virtualaz.org-a itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

T.Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.

İtkin düşən şəxslərin adlarını təqdim edirik:

Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

Abbasov Sahib Qarakişi oğlu, 1964-cü il təvəllüdlü

Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü.

T.Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər 6 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilmişdi ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button