Önəmli

Üstün Atalı: Xaçmaz səfərim

Üstün Atalı: Xaçmaz səfərimHər bir kəs gözəl mühit arzulayır, yalansız, çəkişməsiz, nifrətsiz, qayğısız. Bəs bu mühitin yaranması üçün hansı addımlar atılır? Bütün bu gözəlliklər yalnız kinoda, nağıllardamı olacaq? Birey olaraq öz ömrümlə uğraşa bilirəmsə, deməli, başqası da bunu edə bilər.
Asif Atanın özüylədöyüş prinsiplərinə yiyələnmək, sağlam mühit yaratmaq, insanı uzaq düşdüyü inama çağırmaq, yeni dünya halı yaratmaq tələbi var qarşımızda. Bu tələblə yaşamaq üçün Mütləqə İnam Ocağının Evladları davamlı olaraq səfərlərə çıxırlar. Bu günlərdə belə bir tələbi yaşamaq istəyiylə Xaçmaz rayonuna səfər etdim. Xaçmazda bir sıra ünvanlarda olub söhbətlər apardım. Mərkəzi kitabxanada Bəhruz bəylə görüşüb Atanın və Ocaq Evladlarının kitablarını hədiyyə elədim. Diyarşünaslıq muzeyinin əməkdaşı İradə xanımla söhbətləşdik, Atanın ömür yolundan danışdım, İnamından soraq verdim. Söhbətimiz onun üçün çox ilginc göründü. İndiki çağda xalq üçün yanan, çalışan insanların az olduğunu, ya da heç olmadığını dilə gətirdi.

Rəsm Qalereyasının müdiri Sənan bəylə Ocağımızın milliliyə, türkçülüyə baxışlarını, bu gün bu məsələlərin daha önəmli olduğunu bölüşdük. İnsanların hər şeyə yadlaşdığı bir dönəmdə Ocağımızın işi əvəzolunmazdır.

“Gənclər Kitab Evi”nin əməkdaşları ilə də uğurlu söhbətimiz oldu. Azərbaycanımız-Azərbaycanlığımız qonusunda geniş söhbət elədik. Onlara da Ocaq ədəbiyyatları bağışladım.

“Mədəniyyət Evi”nin başçısı Bəhruz bəy Atanı hələ 92-ci illərdən tanıdığını və izlədiyini dedi. Atanın kitablarını sevə-sevə oxuyacağını vurğuladı.

Bu səfərlərim mənə dənizdə damlanı xatırlatdı. Asif Atanı tanıyanlar yaşlı soyun nümayəndələridir, cavanlar isə yeni eşidir. Bu da mənim üçün o deməkdir ki, gənclərin içində çox olmaq, soraq vermək, çağırmaq gərəkdir. Gənclərdən yeni ulusal yön yaranmalıdır, başqa meyillər aradan getməlidir.

Atamız Var olsun!

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button