Önəmli

Rusiya ordusu bütün Qafqaz boyu hərbi təlimlərə başlayıb

Rusiya ordusu bütün Qafqaz boyu hərbi təlimlərə başlayıbRusiya ordusu növbəti dəfə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və bütün Qafqaz və Xəzər sahili boyu irimiqyaslı hərbi təlimlər keçirir. Cənub Hərbi Dairəsinin məlumatına görə Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb.

Rusiya həmçinin bildirib ki, ölkənin cənubundakı Həştərxan vilayətində yerləşən Aşuluk bazasında hava hücumundan müdafiə manevrləri keçirilir.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, avqustun 18-də başlanan genişmiqyaslı manevrlər bütün MDB üzrə 20 havadan müdafiə və zenit birliklərini əhatə edəcək və sentyabrın 11-ədək davam edəcək.

“Döyüş Birliyi-2015” adlanan hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edirlər. Nazirlik bildirir ki, bu təlimlərə minədək hərbçi, “yer-göy” müdafiə tipli raketlər, döyüş təyyarə və vertolyotları çıxarılacaq.

“İnterfax” agentliyi daha təfərrüatlı məlumat verərək bildirir ki, təlimlərdə S-400 “Triumf”, S-300 “Favorit” raket sistemləri, MiG-29, Su-24, Su-34, Su-27, Su-30, Su-25, MiG-31 və Tu-22 təyyarələri, Mi-8AMTŞ helikopterləri və başqa texnikadan istifadə olunacaq.

Bu da xəbər verilir ki, təlimlərin birinci fazasından sonra canlı qüvvə və hərbi texnika Həştərxandakı Aşuluk bazasında cəmləşdiriləcək. Aşuluk Ukrayna-Rusiya sərhədinin 500 kilometrliyindədir (Aşulukdan Bakıya məsafə 681 kilometrdir).

RİA agentliyi öz internet saytının analitika bölümündə dərc olunmuş “Rusiyanın cənubundan barıt iyi gəlir” başlıqlı məqaləsində yazır ki, hazırkı manevrlərdə hərbçilər “təmas döyüşü” üslubundan “təmassız döyüş” metodunun öyrənilməsinə keçirlər. Bu isə yüksək dəqiqilikli artilleriya qurğularından dərinlikdə yerləşən hədəflərin vurulmasını nəzərdə tutur.

Məqalədə təlimlərdə həmçinin pilotsuz təyyarələrdən istifadə oluncağı bildirlir.

Qeyd edilir ki, bura Rusiya istehsallı “Orlan”, “Zastava”, Qranat” və “Leer” adlı dronlar daxildir.

Məlumatın ən maraqlı hissəsi onun Cənubi Qafqazdan bəhs edən bölümüdür. Müəlliflər bildirirlər ki, təlimlərdə Cənubi Osetiya və Ermənistandakı Rusiya hərbi bazaları iştirak edirlər.

Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb.

Rusiya daha bir böyük hərbi təlimi Cənubi Qafqazın qonşuluğunda – Dağıstanda keçirir. Rusiyanın astrakhan-24.ru internet saytında yayılmış məlumata görə, Dağıstanda Rusiya Xəzər Dəniz Donanmasının təlimlərinə başlanıb.

Xəbər verilir ki, Dağıstandakı Adanak poliqonunda özüyeriyən artilleriya batareyaları və dəniz piyadalarının tank əleyhinə birlikləri “döyüş” sınağından çıxarılacaq. 7 gün davam edəcək bu təlimlərdə 100 dəniz piyadası və 30 ədəd hərbi texnika növü iştirak edir. Bunların sırasında SAU “Nona” artilleriya qurğuları, tank əleyhinə “Rapira” topları, “Metis” və “Faqot” idarəolunan raket qurğuları var.

Artilleriyanın təlim təmrinləri yürüş, döyüş mövqelərinin tutulması, atəşə hazırlıq və kəşfiyyat sahələrini əhatə edir.

“İnternational Business Times” qeyd edir ki, təlimlər Rusiya ilə NATO arasında gərginliyin yüksəldiyi vaxta təsadüf edir.Ötən həftə Avropa Liderliyi Şəbəkəsi (European Leadership Network) analtik mərkəzindən verilmiş hesabatda bildirilirdi ki, Rusiya və NATO-nun iriqmiqyaslı təlimləri iki tərəfin mümkün münaqişəyə hazırlaşdığını göstərir.

Mərkəzin direktoru İan Kearns “The Guardian” qəzetinə bildirib ki, tərəflər təlimlərin müdafiə yönlü olduğunu vurğulasalar da risk faktoru qalır.

Hesabatda Rusiyanın mart ayında 80 minlik qoşunla “qəfildən” keçirdiyi manevrlər və NATO-nun iyun ayında 22 ölkənin 15 minlik qoşunu ilə keçirdiyi təlimlər misal gətirilir. (“Azadlıq” radiosunun icmalı əsasında).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button