Önəmli

“Bu İbrahim Nehrəmlinin növbəti özbaşnalığıdır”

“Bu İbrahim Nehrəmlinin növbəti özbaşnalığıdır”Xəbər verdiyimiz kimi iş adamı İbrahim Nehrəmli 240- min azn-lik saatının oğurlanması haqda mətbuata məlumat verib. İş adamı daha sonra bildirib ki, onun saatını şəxsi sürücüsü oğurlayıbmış və o, sürücünü bağışlayıb. Uzun müddətdir İbrahim Nehrəmli ilə problemlər yaşayan və 2 evi naxçıvanlı iş adamı tərəfindən mənimsənən qazaxlı iş adamı Elşad Məmmədov Moderator.az-a müraciət edərək bildirib ki, baş vermiş bu olay İbrahim Nehrəmlinin növbəti özbaşnalığıdır:
“Mən onu çox yaxşı tanıyıram bu illər ərzində mənə və ailəmə çox əzab verib. Ölüm təhdidi aldıqdan sonra ailəmlə birgə Avropaya sığınmağa qərar vermişəm. Nehrəmli üçün qanun onun puludur. Elə bilir ki, istədiyi şeyi edər, istədiyi adamın evini əlindən alar, cinayət törətmiş istənilən adamı azadlığa buraxdıra bilər. Sizə bir misal çəkim, ötən il o, iki mühafizəçisini həbs etdirmişdi, onları 130 min azn oğurlamaqda ittiham edirdi, daha sonra isə onları məhkəmə zalından azad etdirdi. Mən Zakir Qaralova müraciət edirəm. Bu ölkənin Baş prokuroru kimdir? İbrahim Nehrəmli yoxsa siz? Mən şəxsən iki dəfə Baş Prokuror Zakir Qaralovun qəbulunda olub aldığım evin sənədlərini ona göstərib evlərimin mənimsəndiyini demişəm, Zakir Qaralov məni haqlı saysa da evlərimi İbrahim Nehrəmlidən bu günə qədər ala bilməmişəm.”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button