Önəmli

Şəhidin telefonuna morqda zəng gəldi: “Annem” arıyor…

Şəhidin telefonuna morqda zəng gəldi: “Annem” arıyor...Dünən Türkiyənin Siirt bölgəsində PKK terror təşkilatının hərbi avtomobili partlatması nəticəsində şəhid olan 8 şəhiddən birinin telefonuna morqda gələn zəng hər kəsi çarəsiz vəziyyətə salıb.

Rəcəb Beycurun cibindəki telefon cənazəsi Siirt Dövlət Xəstəxanasının morquna gətirilən zaman zəng çalıb. Telefona zəng edən şəxsin şəhidin anası olduğu bilinəndə isə telefon əldən-ələ dolaşsa da, onu heç kim açmağa cəsarət etməyib.

Xəstəxana işçisi həmin anı belə anladıb: “Komandir telefonu çıxaranda “anam” yazılı bir ad çıxdı. “Anam” 2-3 dəfə zəng etdi, lakin komandir telefonu məşğul kimi göstərdi. Orada duyğulu anlar yaşandı. Həmin insanların həqiqətən də deyəcək sözləri yox idi. Çünki sözün bitdiyi yerdəydik. Prokuror da, əsgər də telefona cavab verə bilmədi. Komandir isə dözmədi və telefonu tamamilə söndürdü”. (qafqazinfo.az)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button