Önəmli
Facebook-da qadını şantaj edən Tərtərli gənc saxlanıldı
23 yaşlı oğlan sosial şəbəkədə qadına şantaj edərək 5 min manat tələb edib
Bakıda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Tərtər rayon sakini 1991-ci il təvəllüdlü Əliş Əlişov müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yaşlı Ə.Əliyev tutulub.