Önəmli

PKK Bakı-Tiflis-Ərzurum qaz kəmərini yenə partlatdı

PKK Bakı-Tiflis-Ərzurum qaz kəmərini yenə partlatdıPKK terrorçuları Bakı-Tiflis-Ərzurum qaz borusunun Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür” – deyə Günay Özdəmir bildirib.

Onun sözlərinə görə, qaz borusunda təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünür. Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tiflis-Ərzurum qaz borusunda partlayış törədilmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button