Önəmli

Azərbaycanda bu kəndin cəmi… 1 sakini var

Azərbaycanda bu kəndin cəmi... 1 sakini varAzərbaycanın ucqar kəndləri boşalmaqda davam edir. Hazırda elə kəndlər var ki, orda cəmi bir-iki nəfər yaşayır. Kəndlərin boşalma səbəbi kimi şəraitsizlik, işsizlik, həyat səviyyəsinin aşağı olması göstərilir.

Məsələ ilə bağlı aznews.az Azərbaycanda kəndlərin sayına görə ən böyük və ən kiçik kəndlər barədə araşdırma aparıb. Dövlət Statistika Komitəsinin sonuncu hesablamalarına görə, hazırda Azərbaycanda əhalisi ən çox olan kənd Masallı rayonununda yerləşir. Bu, Masallı rayonunda yerləşən Ərkivan qəsəbəsidir. Qəsəbədə 15 min 654 nəfər yaşayır.

Dövlət Statistika Komitəsinin hesabatında əhalisi ən az olan kəndin də adı açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1 nəfər yaşayır.

Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi – 2 nəfər, Gərzə kəndi – 3 nəfər, Dahar kəndi – 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Neftçala rayonunun Qızqayıtdı kəndində 3, Siyəzən rayonunun Əlməkolu kəndində 4, Qax rayonunun Bağtala kəndində 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır.

Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da orada heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit və Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba və Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan və Qars kəndlərində heç kim yaşamır.

Quba rayonunun İbrahimhaput və Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca və Dağ Kolanı, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili kəndləri kənd statusu daşısa da hazırda orada heç kim yaşamır.

Qeyd edək ki, Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button