Önəmli

Toydakı kütləvi davanın səbəbi bilindi (FOTO)

Toydakı kütləvi davanın səbəbi bilindi (FOTO)Lənkəran rayonunun Liman şəhərindəki şadlıq saraylarından birində baş tutan toy bu günkü dava dalaşla yaddaqalan olub.

Məlumata görə, toy məclisinin şirin yerində yaranan mübahisə az sonra qanlı insidentə çevrilib. Qızışan mübahisə nəticəsində üç nəfər bıçaq xəsarəti alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan 1952-ci il təvəllüdlü Əlisəfa Murtuza oğlu Tağıyev ,1974-cü il təvəllüdlü Zaur Xoşbəxt oğlu Tağıyev qarın boşluğundan əməliyyat ediliblər. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.1974-cü il təvəllüdlü Elçin Əlisəfa oğlu Mustafayev üzərində isə travmatoloji əməliyyat aparılıb və vəziyyəti orta ağırdır.

Lənkəran şəhər polis şöbəsinin müstəntiqi Pərviz Əsədzadənin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mübahisə edən tərəflər arasında münaqişə illər əvvəl yaranıb, toyda isə köhnə haqq hesab yenidən gündəmə gəlib və bu zaman bıçaq işə düşüb.

Artıq hadisəni törədən şəxsin kimliyi məlumdur və onun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button