Önəmli

Tanınmış televiziya aparıcısı Nanə Ağamalıyeva öldü?

Tanınmış televiziya aparıcısı Nanə Ağamalıyeva öldü?Tanınmış teleaparıcı Nanə Ağamalıyevanın avtoqəzada həyatını itirdiyi haqda xəbər yayılıb. Savash.org-un məlumatına görə, bu barədə xəbəri 7News.az saytı yayıb. Saytın yaydığı məlumatda tanınmış teleaparıcının bir saat öncə avtomobil qəzasında dünyasını dəyişdiyi və avtomobilin hansı şəraitdə qəza keçirməsi barədə irəliləyən dəqiqələrdə daha geniş məlumat veriləcəyi qeyd olunur.

Bununla əlaqadar olke.az əməkdaşı ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirdi ki, onlarda bu barədə hər hansı bir məlumat yoxdur.

Eyni zamanda Dövlət Yol Polisi ilə də əlaqə saxladıq, onlar da bu faktı təsdiqləmədilər.

Qeyd edək ki, teleaparıcı Nana Ağamalıyevanın telefonuna zəng etdik, lakin onun telefonuna zəng çatmır.

AZXEBER.COM-un əldə etdiyi məlumatda isə bildirilir ki, xanım aparıcının ölümü ilə bağlı yayılan məlumatlar əsassızdır. Belə ki, aparıcının yaxın dostları hazırda onun Qubada yerləşən otellərin birində olduğunu və tanınmış avtomobil brendlərindən birinin təqdimatında iştirak etdiyini deyirlər.

Sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olan bu informasiya ilə bağlı aparıcının yaxın dostu, prodüsser Tarık Əliyev (Tolik) də məlumat paylaşıb. O da ölüm xəbərinin yalan olmasını təsdiqləyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button