Önəmli

Acunla görüşmək istədi- Mühafizəçini bıçaqladı

Acunla görüşmək istədi- Mühafizəçini bıçaqladı“Habertürk” binasında bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbulda “Habertürk”ün binasına gələn naməlum şəxs Acun İlicalı ilə görüşmək istəyib, mühafizəçi Mehmet Durmuş Acunun binada olmadığını bildirib. Bu zaman mübahisə düşüb. Naməlum şəxs Acunu gözləyəcəyini deyib, mübahisə böyüyüb. Mehmet Durmuş şübhəli şəxsi binadan uzaqlaşdırmağa çalışıb, həmin şəxs mühafizəçini qarın nahiyəsindən bıçaqlayıb.

Digər mühafizəçilər hadisə yerinə gəlib, həmin şəxsi polis saxlayıb. Yaralanan Mehmet Durmuş xəstəxanaya yerləşdirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button