Önəmli

Şeyxin idarəsi üzərində hicablı qadın şəkli olan şərabla bağlı açılama verdi

Şeyxin idarəsi üzərində hicablı qadın şəkli olan şərabla bağlı açılama verdiÖtən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən mağazalardan birində səs-küyə səbəb olacaq hadisə yaşanıb. Belə ki, İslam dininin əsas atributlarından sayılan hicab təhqir olunub.

Sabunçudakı satış mağazalarından birində spirtli içkinin üzərində hicablı qadın rəsminin əks olunduğu aşkarlanıb. “Leylinin gözləri” adlanan bu içkinin istehsalçısı və hazırlandığı yer haqqında məlumat yoxdur.

Məsələyə münasibət öyrənmək üçün Modern.az Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxlayıb. QMİ-dən isə belə bir halın baş verməsindən xəbərsiz olduqlarını açıqlayıblar:

“Bazar günü olduğu üçün məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyik. Sabah idarədə məsələ araşdırılacaq. Həmin spirtli içkinin harada və hansı şirkət tərəfindən istehsal olunduğunu öyrənməyə çalışacağıq. Əgər belə bir halın baş verdiyi təsdiqlənərsə, həmin içki dərhal satış obyektlərindən yığışdırılacaq”.

Qeyd edək ki, bu gün Azadxeber.az saytı üzərində hicablı qadının şəklinin əks olunduğu şərab şüşəsinin satışa çıxarılması haqqında məlumat yayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button