Önəmli

Nizami rayonuna yeni yol polisi rəisi təyin olundu

Nizami rayonuna yeni yol polisi rəisi təyin olunduBakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib.

F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi, polis polkovnik-leytenantı Fail Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fail Quliyev daxili işlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır (“Report”).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button